Ağdam klubu hesabı açdı YENİLƏNDİ
    • 7-03-2024, 22:18
    • 266

Ağdam klubu hesabı açdı YENİLƏNDİ



******


22:15

"Qarabağ" və "Bayer" oyununda hesab açıldı. Ağdam klubu topu qapıdan keçirdi


******


21:52

"Qarabağ" və "Bayer" matçı yerli vaxtla saat 21:45-də start götürüb.


******

Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununa çıxacaq.

News24.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 final mərhələsi çərçivəsində Almaniya Bundesliqasının lideri "Bayer"lə üz-üzə gələcək.

Leverkuzen təmsilçisinə qrup mərhələsində iki dəfə uduzan (1:5, 0:1) "Qarabağ" doğma divarlar arasında güclü rəqibi büdrətməyə çalışacaq.

Bu komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək.


Avropa Liqası

1/8 finalın ilk oyunu

7 mart

21:45. "Qarabağ" - "Bayer"

Baş hakim: Benua Bastien (Fransa).

Tofiq Bəhramov adına Respublika stadionu.