"Qarabağ" - "Bayer-04" oyununa biletlər nə vaxt satışa çıxarılacaq?
    • 29-02-2024, 14:54
    • 720

"Qarabağ" - "Bayer-04" oyununa biletlər nə vaxt satışa çıxarılacaq?

Avropa Liqasının 1/8 final mərhələ oyunu üçün "Qarabağ" - "Bayer-04" matçına biletlərin satış vaxtı bəlli olub.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, biletlər 1 mart tarixində satışa çıxarılacaq. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Qeyd edək ki, "Qarabağ" - "Bayer-04" matçı 7 mart saat 21:45-də baş tutacaq. Cavab oyunu 1 həftə sonra Leverkuzendə keçiriləcək.