Bu ölkə uçan avtomobillər istehsal edəcək
    • 8-03-2024, 21:13
    • 437

Bu ölkə uçan avtomobillər istehsal edəcək

"Skydrive" şirkəti Yaponiyada "Suzuki" zavodunda "SD-05" (eVTOL) uçan avtomobilinin istehsalına başlandığını açıqlayıb.

News24.az Trend-ə istinadən xəbər verir ki, İvata şəhərində yerləşən müəssisənin istehsal gücü ildə 100 ədəd uçan maşın təşkil edir.

Salonda üç oturacağı olan "Skydrive SD-05" avtomobili 12 elektrik mühərriki ilə təchiz olunub və şaquli uçuş və eniş həyata keçirmək qabiliyyətinə malikdir.

Onun maksimal sürəti saatda 100 kilometr, uçuş məsafəsi isə 15 kilometrdir. 2029-cu ilədək uçuş məsafəsinin 30 kilometrə çatdırılması, 2031-ci ilədək isə avtomobilin avtonom idarəetmə sistemi ilə təchizatı planlaşdırılır.