Asif Əliyev Bolqarıstan Futbol Federasiyasının baş katibi ilə görüşdü
    • 6-06-2022, 12:56
    • 223

Asif Əliyev Bolqarıstan Futbol Federasiyasının baş katibi ilə görüşdü

Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti Asif Əliyev Bolqarıstan Futbol Federasiyasının baş katibi Borislav Popovla görüşüb.

News24.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi xatırlanıb, bu illər ərzində bütün sahələrdə o cümlədən idman, eləcə də futbol sahəsində əməkdaşlıq məsələləri qeyd olunub.

Həmçinin uşaq futbolunun inkişafı və idarə edilməsi, Bolqarıstan Futbol Akademiyasının inkişafı, strukturu, uşaq futbolunda məşqçilərin maarifləndirilməsi, gələcəkdə azərbaycanlı məşqçilərinin kurslara cəlb edilməsi, Uşaq Futbol Akademiyasında idarəetmə prinsipləri və iş prosesi kimi məsələlər barəsində fikir mübadiləsi aparılıb.