-
- 15-01-2024, 18:00
- 231
Tokayev bu tarixdə İtaliya və Vatikana səfər edəcək
Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Tokayev yanvarın 18-19-da İtaliya Respublikasına və Vatikanda rəsmi səfərdə olacaq.
News.24.az xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.
Qazaxıstan liderinin İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Corcia Meloni ilə danışıqlar aparması planlaşdırılır.
O, həmçinin potensial investorlarla - iri İtaliya şirkətlərinin rəhbərləri ilə görüşəcək.
Qeyd edək ki, Kasım-Jomart Tokayev yanvarın 19-da Vatikanda Roma Papası I Fransisk ilə görüşəcək.
Mehriban Mirzəzadə