İsveç NATO-ya üzv oldu
    • 8-03-2024, 18:30
    • 216

İsveç NATO-ya üzv oldu

ABŞ dövlət katibi Antoni Blinken və İsveçin baş naziri Ulf Kirstersson Vaşinqtonda görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

News24.az xəbər verir ki, İsveçin NATO ittifaqında iştirakına dair rəsmi giriş protokolunu mətbuata göstərən Blinken, “Bu üzvlük sənədi ilə İsveçi Vaşinqton Sazişinin (NATO-nun təsis müqaviləsi) tərəfi və 32-ci üzv kimi salamlamaq istərdim" dedi.

İsveçin üzv olması ilə NATO-nun daha da güclənəcəyini vurğulayan Blinken, "Bu, İsveç üçün, ittifaqımız üçün və NATO müttəfiqlərimizlə transatlantik əlaqələrimiz üçün tarixi bir andır" dedi. 

NATO-nun baş katibi Yens Stoltenberq X sosial media hesabındakı paylaşımında İsveçin rəsmi olaraq NATO-ya üzv olduğunu açıqlayıb.

"İsveç NATO-nun 32-ci üzvü oldu və masamızda öz layiqli yerini aldı. Bazar ertəsi NATO qərargahında onun bayraqlarını qaldırmağı səbirsizliklə gözləyirəm". 

Günel Məlikzadə