Bu tarixdə İsveç NATO-nun rəsmi üzvü olacaq
    • 7-03-2024, 10:42
    • 192

Bu tarixdə İsveç NATO-nun rəsmi üzvü olacaq

Martın 11-də İsveç rəsmi olaraq NATO-nun 32-ci üzvü kimi Şimali Atlantika Alyansına qoşulacaq.

News24.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Məlumata görə, martın 11-də NATO-nun Brüsseldəki (Belçika) mənzil-qərargahında İsveçin alyansa qəbulu ilə bağlı rəsmi mərasim keçiriləcək.

NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırılacaq. Beləliklə, İsveç Alyansın 32-ci üzvü olacaq.

Macarıstan Milli Assambleyası fevralın 26-da İsveçin NATO-ya daxil olmasını təsdiqləyərək, bütün müttəfiqlərdən təsdiqləmə prosesini tamamlayacaq.

Qeyd edək ki, İsveç 18 may 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib.

Mehriban Mirzəzadə