Rusiya Xarkovu vurdu
    • 9-03-2024, 17:35
    • 277

Rusiya Xarkovu vurdu

Rusiyanın Ukraynanın Xarkov vilayətinin Çuhuiv bölgəsində həyata keçirdiyi hücumda 7 nəfərin yaralandığı bildirilib.

News24.az xəbər verir ki, Karkov qubernatoru Oleh Synyehubov hücumun S-300 idarə olunan raketlə həyata keçirildiyini açıqlayıb.

Bombardman nəticəsində 9 mərtəbəli yaşayış binasının şüşələri sındırılıb.

Qubernatorun açıqlamasına görə, ticarət mərkəzinin fasadı, bank, mağaza, otel və 13 avtomobilə ziyan dəyib.

Birləşmiş Millətlər Təşkilatı son açıqlamasında Rusiya-Ukrayna müharibəsində 10 mindən çox mülki şəxsin həyatını itirdiyini açıqlayıb.

Günel Məlikazdə