-
- 29-08-2023, 13:26
- 566
Rusiya-Ukrayna müharibəsində ölənlərin sayı açıqlandı
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) Rusiya-Ukrayna müharibəsində həyatını itirən mülki şəxslərlə bağlı cari rəqəmləri açıqlayıb.
News24.az xəbər verir ki, BMT 1-27 avqust tarixləri arasında 34 qadın və 5 uşaq olmaqla 108 nəfərin həyatını itirdiyini, 148 qadın və 16 uşaq olmaqla 477 nəfərin yaralandığını açıqlayıb.
OHCHR-nin paylaşdığı hesabatda müharibənin başladığı 24 fevral 2022-ci ildən 27 avqust 2023-cü ilə qədər 9 min 511 mülki şəxsin həyatını itirdiyi, 17 min 206 mülki vətəndaşın isə yaralandığı bildirilib. Hesabatda təkcə Donetsk və Luqansk bölgələrində 4220 nəfərin həyatını itirdiyi, 6183 nəfərin isə yaralandığı açıqlanıb. Həyatını itirən 2 min 115 nəfərin, yaralananların 2 min 999 nəfərinin Rusiyanın nəzarətində olan bölgələrdən olduğu bildirilib.
Aydan