Sabah hava bu insanlarda narahatlıq yaradacaq
    • 9-03-2024, 13:24
    • 203

Sabah hava bu insanlarda narahatlıq yaradacaq

Sabahkı hava meteohəssas insanlarda narahatlıq yarada bilər. 

News24.az-ın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda qeyd edilib. Bildirilib ki, martın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.