-
- 30-06-2024, 22:35
- 3 108
Rusiyada güclü zəlzələ oldu
Kuril adaları yaxınlığında (Rusiyanın Saxalin vilayəti) dənizdə 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsi məlumat yayıb.
“Zəlzələnin episentri Malokurilskoye kəndindən 53 km cənubda (ikotan adası) 14 km dərinlikdə yerləşib", - məlumatda bildirilib.