Bakıda məşhur restoran BAĞLANIR? - FOTO
    • 29-06-2024, 12:38
    • 3 248

Bakıda məşhur restoran BAĞLANIR? - FOTO

Bakının Nizami rayonu Mikayıl Əliyev 17 ünvanında yerləşən və Rövşən Canıyevə məxsus olduğu bildirilən "Neon Palace” şadlıq sarayının bağlanacağı bildirilir. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Qeyd edilir ki, restoran Rövşən Lənkəranski qətlə yetirildikdən sonra qardaşı Namiq Canıyevə qalıb. Şadlıq sarayının bir müddətdir fəaliyyət göstərmədiyi bildirilir.

News24.az-ın əldə etdiyi məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir və restoran hələ də öz fəaliyyətini davam etdirir. 

Qeyd edək ki, mediada yazılan məlumatlara görə, "Neon" restoranı Türkiyədə öldürülən kriminal avtoritet Rövşən Lənkəranskiyə məxsus olub. O öldürüldükdən sonra restoran Rövşənin qardaşının nəzarətinə keçib.

Aqil Qarayev