Ermənistan XİN başçısı: Azərbaycanla bir çox məsələdə razılığa gələ bilmişik
    • 9-03-2024, 14:13
    • 271

Ermənistan XİN başçısı: Azərbaycanla bir çox məsələdə razılığa gələ bilmişik

Bizim Azərbaycanla apardığımız müzakirələr müvəqqəti deyil, daimi sülhün yaradılmasını nəzərdə tutur.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “TRT World” telekanalına müsahibəsində deyib.

O bildirib ki, İrəvan və Bakı arasında sülh sazişi layihəsi ilə bağlı müzakirələr davam edir: “Başqa müzakirə platformaları da var. Ölkə liderləri səviyyəsində görüşlər və xarici işlər nazirləri arasında danışıqlar aparılıb. Biz bir çox məsələlərdə razılığa gələ bildik, lakin əsas məsələlərdə tərəflərin mövqeləri hələ də fərqlidir”.//“Report”