Maşın yoldan keçənləri vurdu, ölən və yaralananlar var
    • 9-03-2024, 23:42
    • 195

Maşın yoldan keçənləri vurdu, ölən və yaralananlar var

Almaniyanın paytaxtı Berlinin mərkəzində avtomobilin yoldan keçənləri vurub.

News24.az Lent.aza istinadla xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Hadisə nəticəsində bir nəfər ölüb, azı altı nəfər yaralanıb.

Bildirilib ki, insident ticarət mərkəzinin yaxınlığında, gediş-gəlişin gur olduğu yerdə baş verib.

Naməlum səbəbdən avtomobil səkiyə çıxıb və uşaq arabası ilə 41 yaşlı qadını vurub.

O, daha sonra xəstəxanada keçinib, 4 yaşlı uşağın vəziyyəti ağır kimi qiymətləndirilir və o, təcili əməliyyat olunub.

Avtomobili 83 yaşlı kişi idarə edirdi. 

Hadisənin səbəbləri dəqiqləşdirilir.