“Gənclik Mall”un yaxınlığında avtobus gözləyən nişanlı cütlüyü maşın vurdu -FOTOLAR
    • 7-08-2019, 19:40
    • 926

“Gənclik Mall”un yaxınlığında avtobus gözləyən nişanlı cütlüyü maşın vurdu -FOTOLAR

“Gənclik Mall” ticarət mərkəzinin yaxınlığında avtobus dayanacağında qəza baş verib.
News24.az xəbər verir ki, minik avtomobili yoldan çıxaraq səkiyə daxil olub. Nəticədə səki ilə gedən 22 yaşlı qızla 23 yaşlı oğlan yaralanıb. Qızla oğlanın nişanlı olduğu bildirilir.
Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, hadisə yerinə gələn təcili yardımın həkim briqadası qıza sol bazunun travması, oğlana alının kəsilmiş yarası diaqnozunu qoyub. Həyatları üçün təhlükə yoxdur.