-
- 10-03-2024, 19:16
- 408
4,7 bal gücündə zəlzələ
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 16:55-də Aralıq dənizi sahillərində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, zəlzələnin episentri Antalyanın Demre rayonundan 19,08 kilometr aralıda olub.
Zəlzələnin ocağı 35,12 kilometr dərinlikdə yerləşib.