Ukrayna ağ bayraq qaldırır?
    • 10-03-2024, 23:03
    • 316

Ukrayna ağ bayraq qaldırır?


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Roma Papası Fransiskin ağ bayraq qaldırmaq təklifini şərh edərkən bildirib ki, Kiyev bu addımı atmayacaq.

News24.az Lent.az-a istinadla xəbər verir ki, ukraynalı nazir bunu “X” sosial şəbəkəsində yazıb.

“Bayrağımızın rəngi mavi və sarıdan ibarətdir. Onun altında yaşayır, ölür və qalib gəlirik. Biz başqa bayraqları qaldırmayacağıq”, - deyə Kuleba qeyd edib.

Ukraynanın baş diplomatı sülh üçün etdiyi dualara görə Papaya minnətdarlığını bildirib və onu Ukrayna xalqını dəstəkləməyə çağırıb.