"Qarabağ"a müraciət etdilər – Üçüncü oyunçunu da bizə icarəyə ver!
    • 11-03-2024, 15:02
    • 252

"Qarabağ"a müraciət etdilər – Üçüncü oyunçunu da bizə icarəyə ver!

"Qarabağ"ın forvardı Redon Cica yeni mövsümə "Zirə"də başlaya bilər.

Bakıətrafı qəsəbə klubu albaniyalı hücumçunu icarəyə götürmək üçün Ağdam təmsilçisinə müraciət edib.

25 yaşlı legioner "Qarabağ"a 2023-cü il yanvarın 24-də "Tirana"dan keçib. Onun müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Cica cari mövsümdə ürəyi istədiyi qədər şans almır.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində 3 qol vursa da, sonrakı periodda əsas heyətdə yerini itirdi. O vaxtdan bəri vaxtının çoxunu ehtiyat skamyada keçirir.

Juninyonun kölgəsində qalan albanla qışda "Tirana" ilə yanaşı, "Partizani" də maraq göstərib.

Albaniyanın iki iddialı komandası Cicanı icarəyə götürmək istəyib. Cica vətəninə dönmək variantına soyuq yanaşmasa da, "Qarabağ" bu variantların heç birini ciddiyə almayıb.

"Zirə"yə gəlincə, hazırda burada 2 "Qarabağ"lı çıxış edir. "Qartallar" Rüstəm Əhmədzadə ilə İsmayıl İbrahimlini icarəyə götürüb.//sportinfo