Avropa çempionu güllələnərək öldürüldü - FOTO
    • 11-03-2024, 17:46
    • 4 633

Avropa çempionu güllələnərək öldürüldü - FOTO

Almaniyanın boks üzrə Avropa çempionu Besar Nimani güllələnərək öldürülüb.

News24.az qafqazinfo-ya istinadla xəbər verir ki, sabiq boksçu evinə getdiyi zaman silahlı toqquşma nəticəsində ölüb.

Polis araşdırmalara başlasa da, hələ ki, heç bir şübhəli saxlanılmayıb.

Qeyd edək ki, 38 yaşlı Nimani 2013-cü ildə də silahlı hücuma məruz qalmışdı.