Boks üzrə çempiona 20 güllə vuruldu
    • 26-01-2024, 19:41
    • 226

Boks üzrə çempiona 20 güllə vuruldu

28 yaşlı Rusiya boks çempionu Andrey Stotski Çelyabinsk şəhərində naməlum şəxslər tərəfindən güllələnib.

News24.az Lent.az-a istinadla bildirir ki, bir gün əvvəl idmançı bir qrupla mübahisə edib və bıçaq çıxarıb. Cavab olaraq ona travmatik silahla 20 dəfə atəş açıblar. Yaralı Stotski anasına zəng edib, o da gəlib oğlunu xəstəxanaya çatdırıb.

Hazırda Stotski doqquzuncu şəhər xəstəxanasındadır və ifadəsində çaşqınlıq içində olduğu iddia edilir. Müstəntiqlər hadisəni araşdırır və atəş açan şəxsi axtarır.

Stotski 2021-ci ildə 92 kq çəki dərəcəsində boks üzrə Rusiya çempionu olub. 2022-ci ildə Ümumrusiya Spartakiadasında 92 kq çəki dərəcəsində bürünc medal qazanıb.