Ən uzun batareya ömrünə malik smartfonlar
    • 12-03-2024, 13:02
    • 252

Ən uzun batareya ömrünə malik smartfonlar

Seçimlərin günü-gündən artdığı telefon bazarında artıq alış-veriş etməzdən əvvəl ciddi araşdırma prosesləri ilə məşğul olmalıyıq. Bununla belə, son zamanlar artan qiymətlərə görə qərarların məntiqi qəbul edilməsi lazım olsa da, müəyyən standartlara uyğun olaraq məhsulları sınaqdan keçirən və müqayisə edən DxOMark kimi platformalardan kömək ala bilərik. Bəs, akkumulyatorun işinə önəm verən və şarj cihazını unutmaq istəyənlər hansı modelləri seçməlidirlər? 

News24.az DxOMark-a istinadən xəbər verir ki, ən yaxşı batareya performansına sahib telefon 157 xalla son aylarda nümayiş olunan "Honor Magic6 Pro" olub. Cihazı 152 xalla eyni şirkətin "Honor Magic 5 Lite 5G" modeli izlədi. "Honor X7b" 151 xalla siyahıda üçüncü yerdədir. Tam siyahı aşağıdadır:

  1. Honor Magic6 Pro 157
  2. Honor Magic5 Lite 5G 152
  3. Honor X7b 151
  4. Oppo Find X6 Pro 151
  5. Honor Magic6 Lite (5300 mAh) 150
  6. Honor X7a 147
  7. Realme GT Neo 5 (240W) 147
  8. Oppo Reno6 5G 146
  9. Realme GT Neo 2 5G 144
  10. Honor X9a 143
  11. Honor X9b 142
  12. Samsung Galaxy S23 Ultra (Snapdragon) 142
  13. Honor Magic5 Pro 141
  14. Oppo Reno8 5G 141
  15. Asus ROG Telefon 6 140
  16. Sony Xperia 10V 140
  17. Oppo Reno8 Lite 5G 139
  18. Huawei P60 Pro 138
  19. Nubia RedMagic 8 Pro 138
  20. Oppo A77 5G 138
  21. Sony Xperia 10 IV 138

Günel Məlikzadə