Hava limanında yaşlı qadın körpə kimi qeydə alındı
    • 30-04-2024, 15:05
    • 198

Hava limanında yaşlı qadın körpə kimi qeydə alındı

ABŞ-da 101 yaşlı qadın hava yolu şirkətinin sistemində yaranan problemə görə 2 yaşlı körpə kimi təyyarədə qeydiyyata alınıb.

News24.az xəbər verir ki, bu barədə BBC  məlumat yayıb.

Məlumata görə, soyadını açıqlamaq istəməyən 101 yaşlı təqaüdçü tibb bacısı Patricia'nın ailəsi Miçinqana səfəri zamanı təyyarə biletinin körpə ikən verilmiş olması və buna görə də problem yaşadığı bildirilib.

Bildirilir ki, American Airlines proqram təminatı qadının 1922-ci il doğum ilini müəyyənedə bilməyib və onun doğum ilini 2022-ci il olaraq təsbit edib.

Eyni vəziyyəti iki dəfə yaşadığını ifadə edən Patrisiya, "Uşaq olduğum üçün hava limanında əlil arabası tapa bilmədim və onu qucağımda daşıyacağımı gözlədilər. Eyni şəkildə enərkən də uzun müddət gözlədim. 

"Qoca bir qadın olsam da, mənim körpə olduğumu düşünmələri gülməlidir ".

Səhhətində yaranan problemlərə görə qızı ilə səyahətə çıxdığını deyən Patrisiya proqramdakı problemin ən qısa zamanda aradan qaldırılacağına ümid etdiyini bildirib.

Patricia tezliklə 102 yaşının olacağını ifadə edərək, "Bəlkə o zaman sistem mənim düzgün yaşımı göstərəcək ",- deyib.

Mehriban Mirzəzadə