"Bu barədə Azərbaycanla razılaşmamız var" - Paşinyan
    • 12-03-2024, 13:28
    • 139

"Bu barədə Azərbaycanla razılaşmamız var" - Paşinyan

"Sərhədi azıb qarşı tərəfə keçən əsgərlərin qaytarılması ilə bağlı Azərbaycanla razılaşmamız var".

News24.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında danışıb.

O bildirib ki, Azərbaycanla uzun müddətdən bəri bu barədə müqavilə var:

"Həmin müqaviləyə görə, əsgər həqiqətən də yolu azaraq qarşı tərəfə keçibsə, o, öz ölkəsinə qaytarılacaq. Hərbçini hər hansı səbəblə ittiham etməyə əsas olmadığına əmin olduqa azadlığa buraxacağıq. Əminəm ki, qarşı tərəf də əsgərimiz azarsa, eyni prinsiplə hərəkət edəcək”.

Qumral