Kipr Qəzzaya humanitar yardım göndərdi
    • 12-03-2024, 16:20
    • 121

Kipr Qəzzaya humanitar yardım göndərdi

Humanitar yardım daşıyan ilk gəmi Kiprdən Qəzzaya humanitar dəniz dəhlizi ilə yola düşüb. 

News24.az xəbər verir ki, bunu Kipr prezidenti Nikos Xristodoulides bu barədə X-də yazıb.

Humanitar dəhliz Yunan mifologiyasında Zevsin övladlığa götürən anasının şərəfinə Amaltiya Təşəbbüsü adlandırılıb.

Kipr prezidenti bu təşəbbüsü “mülki əhali üçün həyat xətti” kimi qiymətləndirib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilk gəminin göndərilməsinin “ümid əlaməti” olduğunu söylyib.

“Biz birlikdə çox çalışacağıq ki, daha çox gəmilər onun ardınca getsin. Yardımın fələstinlilərə çatması üçün əlimizdən gələni edəcəyik”,-deyə  o əlavə edib.

Mehriban Mirzəzadə