Gövhər Rzayeva xəstəxanalıq oldu - FOTO
    • 12-03-2024, 17:15
    • 1 867

Gövhər Rzayeva xəstəxanalıq oldu - FOTO

Qətərə gedən Əməkdar artist Gövhər Rzayevanın başına iş gəlib.

News24.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Elgizlə izlə" proqramında danışıb. Qarmon ifaçısı bildirib ki, səfər zamanı xəstəxanalıq olub. O, Doha gəzintisi zamanı yıxılıb və qolunu zədələdiyini söyləyib:

"Düz yolda gedəndə yıxıldım. Həkimlər müalicə etdilər. İndi yaxşıyam. Bir ad günü keçirtdim, gözə gəldim".

Qeyd edək ki, musiqiçi bundan əvvəl yıxılıb, ayağını zədələdiyini açıqlamışdı.