Sosial sığorta daxilolmaları 17 faiz artıb
    • 19-04-2022, 10:42
    • 313

Sosial sığorta daxilolmaları 17 faiz artıb

Sosial-iqtisadi islahatların müsbət nəticələri əhalinin sosial sığorta sistemində iştirakının genişlənməsi ilə yanaşı, sosial sığorta daxilolmalarının davamlı artımına da şərait yaradıb.

Dövlət Sosial Müdafiə Fondundan News24.az-a verilən məlumata görə, fonda bu ilin ilk rübündə məcburi dövlət sosial sığorta daxilolmaları 152 milyon manat və ya 17 faiz artaraq 1 mlrd. 46,7 mln. manat təşkil edib.

Artım büdcə təşkilatları üzrə 13,4 faiz və ya 45,7 mln., qeyri-büdcə təşkilatları üzrə 19,2 faiz və ya 106,3 mln. manat olub.