"Ərimi polisə apardılar" - Afaq Bəşirqızı
    • 13-03-2024, 09:12
    • 828

"Ərimi polisə apardılar" - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı əri Əhməd Təhməzovla tanışlığından danışıb.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, o, "Zarafat bir yana" proqramında əhvalatı nəql edib:

"Çətin günlərim idi. O vaxt qərar çıxdı ki, tanınmışların uşaqları mərkəzdə işləməmlidir. Getdim Sumqayıt Teatrına. Bizim teatrın yanında bir kafe var idi. Teatrın aktyorları orada yemək yeyirdi.

Əhməd zavodda komsomol katibi idi. Mən kafedən çıxanda mənə elə gəldi ki, Əhməd mənə söz atdı. Qırğın başladı. Çanta almışdım, alverçidən. Pulunu 3 dəfəyə ödəyəcəkdim. Çantanı ona vururdum ki, göydə tutdu və cırdı. İçində kirşanım var idi, o da sındı.

Getdim verdim polisə. Hamı dedi ki, ərizəni geri götür. Götürmədim.

Sonra evləndik, toyun səhəri günü gəlib kişini apardılar. Yadımdan çıxıb, ərizəni götürməmişdim. Onda da cərimə vermək lazım idi. Cəriməni ödədik, kişini buraxdılar.

Hələ də deyirəm, mənə söz atmısan, boynuna almır".