ABŞ neftin qiyməti ilə bağlı proqnozu artırır
    • 13-03-2024, 19:30
    • 674

ABŞ neftin qiyməti ilə bağlı proqnozu artırır

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) "Mart 2024-cü il üçün Qısamüddətli Enerji Görünüşü Hesabatı"na əsasən, Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) ibarət OPEC+ qrupu tərəfindən tədarükün kəsilməsinin uzadılması proqnozlaşdırılır. Bu OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələr qısa müddətdə qlobal neft tədarükünün sərtləşməsinə səbəb olacaq.

News24.az xəbər verir ki, qlobal neft ehtiyatlarının ilin ikinci rübündə tədarükün sərtləşməsi ilə əlaqədar gündəlik orta hesabla 900 min barel azalacağı və bunun neft qiymətlərinə yuxarı təzyiq göstərəcəyi təxmin edilir.

Buna görə beynəlxalq referans Brent markalı neftin orta barrel qiymətinin bu il 87 dollar ətrafında olması gözlənilir. Əvvəlki hesabatda bu rəqəm 82,42 dollar kimi qiymətləndirilmişdi.

West Texas Intermediate (WTI) xam neftinin orta barel qiymətinin 82,15 dollar civarında olacağı gözlənilir. Sözügedən rəqəmin keçən ay 77,68 dollar olacağı proqnozlaşdırılırdı.

Gələn il üçün EIA Brent markalı neftin barel qiyməti proqnozunu dəyişməyərək 84,8 dollar, WTI markalı xam neft üçün isə 80,3 dollar səviyyəsində saxlayıb.

Bu il və gələn il qlobal neft tələbində gündəlik təxminən 1 milyon 400 min barel artım gözlənilən hesabata görə, tələbin aşağı və ya çox artmasının qlobal neft ehtiyatlarına və qiymətlərinə təsir edəcəyi bildirilir.

Günel Məlikzadə