-
- 13-03-2024, 21:54
- 233
Prezident COP çərçivəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
News24.az xəbər verir ki, görüşdə COP çərçivəsində Azərbaycan ilə ÜST arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
İqlim dəyişmələrinin dünyada müxtəlif növ xəstəliklərin yayılmasına rəvac verdiyini və bilavasitə səhiyyə ilə bağlı olduğunu vurğulayan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru bu sahədə də Azərbaycan ilə əməkdaşlıq məsələlərinə toxunub.