Bakıda avtomobil qaçırıldı
    • 14-03-2024, 12:27
    • 208

Bakıda avtomobil qaçırıldı

Martın 11-də Nizami rayonu ərazisindən “KİA” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Səbuhi Məmmədli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.