Ukrayna Atom Elektrik Stansiyasına hücum etdi
    • 14-03-2024, 14:06
    • 288

Ukrayna Atom Elektrik Stansiyasına hücum etdi

Rusiya rəhbərliyi Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasını bombaladığını açıqlayıb.

News24.az xəbər verir ki, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojyanın Rusiyanın nəzarətində olan administrasiyası bu gün Ukrayna ordusunun stansiyada mühüm infrastruktur obyektini bombaladığını açıqlayıb.

Elektrik stansiyası dizel yanacağı çənlərinin yerləşdiyi hasarın yaxınlığında partlayıcı qurğunun qaldığını bildirib və “Bu cür hücumlar qəbuledilməzdir” deyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi elektrik stansiyasına hücum təhlükəsi barədə dəfələrlə xəbərdarlıq etmişdi.

İki ildən artıqdır ki, müharibə şəraitində olan Rusiya və Ukrayna elektrik xətlərini sıradan çıxaran və generatorları təhlükə altına alan keçmiş partlayışlarda bir-birini günahlandırır.

Günel Məlikzadə