Ukraynada nüvə panikası: Rusiya 18 qəsəbəni boşaldır
    • 8-05-2023, 12:44
    • 233

Ukraynada nüvə panikası: Rusiya 18 qəsəbəni boşaldır

Rusiya qəfildən Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının ətrafındakı 18 qəsəbəni boşaltmaq qərarına gəlib.

News24.az
xəbər verir ki, Kiyevə gözlənilən hücumdan əvvəl Rusiya əhalidən Zaporojye bölgəsindəki 18 yaşayış məntəqəsini, o cümlədən elektrik stansiyasının yaxınlığındakı Enerhodarı tərk etməyi xahiş edib.

Melitopolun ukraynalı meri İvan Fedorov bildirib ki, minlərlə avtomobil yola düşərkən beş saatlıq növbələr yaranıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Grossi, mövzu ilə bağlı verdiyi açıqlamada, Atom Elektrik Stansiyasının yaxınlığında yaşayanların təxliyyə edilməsinin stansiya ətrafında Rusiya və Ukrayna qüvvələri arasında şiddətli toqquşmaların ola biləcəyinə işarə etdiyini söyləyib.

Qrossi qeyd edib ki, stansiyanın reaktorları elektrik enerjisi istehsal etməsə də, onlar hələ də nüvə materialı ilə yüklüdür. /NTV türkiye/