Avtobus sürücüsü sərnişinə hücum etdi VİDEO
    • 14-03-2024, 14:33
    • 193

Avtobus sürücüsü sərnişinə hücum etdi VİDEO

Adanada özəl xalq avtobusunun tutumundan çox sərnişin götürməsinə reaksiya göstərən sərnişinə vasitənin sürücüsü dəyənəklə hücum edib.

News24.az xəbər verir ki, Mərkəzi Yüreğir rayonunda sərnişinlərdən biri xüsusi şəhər ictimai avtobusunda əlavə sərnişinlərin götürülməsinə reaksiya verib. Bunun üzərinə köməkçi ilə sərnişin arasında başlayan mübahisəyə sürücü də qarışıb.

Mübahisə böyüdükcə sürücü onlara reaksiya verən sərnişinə dəyənəklə hücum edib. Daha sonra köməkçi sürücünün əlindən çubuğu götürərək sərnişini vurub.

Dava digər sərnişinlərin müdaxiləsi ilə bitdikdən sonra xəsarət alan sərnişin xəstəxanaya çatdırılıb.

Müalicədən sonra evə buraxılan sərnişin və sürücü bir-birindən şikayətləniblər.

Günel Məlikzadə