-
- 14-03-2024, 20:45
- 188
"Putindən qorxmaq yox, ona hörmət etmək lazımdır"
Kreml Litvada rusiyalı müxalifət lideri Aleksey Navalninin müavini Leonid Volkova çəkiclə hücumu şərh etməkdən imtina edib.
News24.az xəbər verir ki, Volkov dünən Vilnüsdəki evinin yaxınlığında hücuma məruz qalıb.
Litva prezidenti Gitanas Nauseda hücumun "açıq şəkildə əvvəlcədən planlaşdırıldığını" deyib və ölkəsində heç kimin Rusiya prezidenti Vladimir Putindən qorxmadığını bildirib.
Kremlin sözçüsü Dmitri Peskov bu açıqlama ilə bağlı suala "Putindən qorxmaq lazım deyil, ona hörmət edilməli və dinlənilməlidir" deyə cavab verib.
Günel Məlikzadə