Navalnının ölümü ilə bağlı Putinə məlumat verilib
    • 16-02-2024, 16:38
    • 197

Navalnının ölümü ilə bağlı Putinə məlumat verilib

Aleksey Navalnının ölümü ilə bağlı artıq Rusiya prezidenti Vladimir Putinə məlumat verilib.

News24.az xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Prezidentə məlumat verilib" deyə Kreml nümayəndəsi müvafiq suala cavab verib.

Müxbirlər ondan soruşublar ki, baş verənlər barədə Rusiya liderini dəqiq kim xəbərdar edib. Peskovun sözlərinə görə, Putin Navalnının ölümünü “Moskvadan” öyrənib.

Qeyd edək ki, hazırda Rusiya Federasiyasının prezidenti Ural Federal Dairəsində işgüzar səfərdədir. Xüsusən, səfər çərçivəsində dövlət başçısı Çelyabinsk Döymə-Press Zavodunun bazasında yaradılmış “Robot zavodu”nda olub.

Xatırladaq ki, fevralın 16-da günortadan sonra Rusiya Federasiyasının  Federal Penitensiar Xidmətinin Yamalo-Nenets Muxtar Dairəsi üzrə departamenti Navalnının 3 saylı cəzaçəkmə koloniyasında dünyasını dəyişdiyini bildirilib.

Xidmətin dediyinə görə, gəzintidən sonra özünü pis hiss etdiyindən şikayətlənib və az qala anında özünü itirib.

Günel Məlikzadə