Navalnının son vəsiyyəti
    • 27-02-2024, 16:58
    • 331

Navalnının son vəsiyyəti

Şimal qütbündə həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalninin köməkçisi yeni açıqlama verib.

News24.az “Reuters”in məlumatına istinadən xəbər verir ki, Leonid Volkov bu gün verdiyi açıqlamada bildirib ki, Navalninin “seçki günü etiraz” çağırışı onun son vəsiyyəti olacaq.

Digər tərəfdən Navalninin sözçüsü dəfn mərasimi üçün yer tapılmadığını açıqlayıb.

Qeyd edək ki, Volkovun sözlərinə Moskvanın cavabı dərhal oldu. Kremlin sözçüsü Dmitri Peskov, "Bu insanlar təxribat xarakterli çağırışları ilə tanınırlar" dedi.

Peskov deyib ki, Rusiyada qarşıdan gələn prezident seçkiləri ərəfəsində etiraz aksiyalarına çağırışlar "təxribatdır" və "polis qanunlara əməl edəcək".

Xatırladaq ki, Rusiyalı dissident Navalni fevralın 16-da Moskvadan 1900 kilometr aralıda Arktikada Yamalo-Nenets bölgəsindəki cəzaçəkmə koloniyasında vəfat edib.

Günel Məlikzadə