Türkiyədə təlim təyyarəsi qəzaya uğradı - Ölən var
    • 14-03-2024, 23:30
    • 202

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı - Ölən var

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb.

News24.az Bakupost.az-a istinadla xəbər verir ki, “Türk Ulduzları”nın Konya 3-cü Baş Jet Yüksək Komandanlığında təlim uçuşu zamanı təyyarə qəzaya uğrayıb.

Milli Müdafiə Nazirliyinin sosial mediada mövzu ilə bağlı verdiyi açıqlamada bu ifadələr yer alıb:

"Konyada təlim uçuşu həyata keçirən Hərbi Hava Qüvvələrimizə məxsus NF-5 təyyarəsi saat 12.51-də naməlum səbəbdən qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarəmizin pilotu tullanaraq sağ qalıb və xəstəxanaya çatdırılıb.

Təyyarənin qəzaya uğradığı ərazidə uçuş-enmə zolağında təmir işləri aparan əməkdaşlarımızdan biri vəfat edib. Faktla bağlı araşdırmalara başlanılıb".