Ələsgər Məmmədlinin şikayəti təmin olunmadı
    • 15-03-2024, 13:37
    • 792

Ələsgər Məmmədlinin şikayəti təmin olunmadı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib.

Məhkəmə şikayəti əsaslı hesab etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 

Qeyd edək ki, Ə. Məmmədli qaçaqmalçılıqda ittiham edilir.