Avtomobilləri toqquşan sürücülər DAVA ETDİLƏR - BAKIDA
    • 24-04-2019, 00:49
    • 629

Avtomobilləri toqquşan sürücülər DAVA ETDİLƏR - BAKIDA

Bu gün saat 22:00-da Nizami rayonu ərazisində yol qəzası baş verib.

News24.az-ın məlumatına görə Qara Qarayev prospektinin Neftçilər metrostansiyası yaxınlığında olan hissəsində Opel və Toyota toqquşub. Qəzadan sonra sürücülər arasında dava düşüb. Bu zaman onardan biri başından xəsarət alıb. Hadisə yerinə Nizami rayon Polis İdarəsinin Növbətçi hissəsinin patrul dəstəsi gəlib.