SON DƏQİQƏ: Minik avtomobili avtobusa ÇIRPILDI
    • 18-05-2020, 19:54
    • 710

SON DƏQİQƏ: Minik avtomobili avtobusa ÇIRPILDI

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında  qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən "KİA" markalı avtomobil qəfildən idarəetməni itirərək 15 nömrəli marşrut avtobusuna çırpılıb.

Qəza zamanı avtomobilin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır./APA