"Sərhədləri mən bağlamışam" - Əli Əsədov
    • 15-03-2024, 17:18
    • 250

"Sərhədləri mən bağlamışam" - Əli Əsədov

Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil.

News24.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb: “Bu mənim baş nazir kimi səlahiyyətimdir, mən buna imza atmışam. Bu yaxınlarda da yenə 3 aylıq sərhədləri bağlamışam”.