-
- 15-03-2024, 12:06
- 203
Bu şəhərlərdə təhlükəli vəziyyətdə olan 69 bina var
Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə təhlükəli vəziyyətdə olan 69 bina var.
News24.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, ölkə ərazisində qəzalı binaların sökülməsi və yeni binaların tikintisi üçün, yaxud sakinlərə maddi yardımların verilməsi üçün 44, 7 milyon manat vəsait ayrılıb.