İsveç Ukraynaya bunu bağışlayacaq
    • 15-03-2024, 17:35
    • 117

İsveç Ukraynaya bunu bağışlayacaq

İsveç hökuməti sahil mühafizəsinə Ukraynaya daşınmaq üçün su skuterlərinin partiyasını hazırlamağı tapşırıb.

News24.az xəbər verir ki, bu barədə İsveç hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, skuterlərə Ukraynada tələbat var və onlar dərhal Ukraynaya təhvil verilə bilər.

Qeyd edək ki, sahil mühafizəsi dekabrın 21-də skuterlərin partiyasını Ukraynaya köçürməyə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl hökumət ona Ukrayna tərəfinə gəmilərin və digər avadanlıqların bağışlanması imkanlarını öyrənməyi tapşırmışdı. Ümumilikdə Ukrayna doqquz skuter alacaq.

Mehriban Mirzəzadə