-
- 17-01-2024, 11:00
- 190
Almaniya Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göndərəcək – Şolts
Almaniya kansleri Olaf Şolts yanvarın 16-da ABŞ prezidenti Co Baydenlə telefonla danışıb. Liderlər Ukraynaya yardımı dəstəkləyiblər.
News.24.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Qeyd edək ki, danışıqlar zamanı Almaniya kansleri və ABŞ prezidenti Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Onlar Rusiyanın Ukraynaya davam edən hücumunu pisləyib və Ukraynaya maliyyə, hərbi və humanitar yardımın davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Bildirilir ki, bu il Almaniya Ukraynaya yeddi milyard avrodan çox hərbi yardım göndərəcək.
Mehriban Mirzəzadə