-
- 16-03-2024, 16:40
- 233
Aralıq dənizində faciə
Liviyadan İtaliyaya üzən miqrant qayığında ən azı 60 nəfər həyatını itirib.
News24.az xəbər verir ki, SOS Mediterranee yardım təşkilatına məxsus Ocean Viking gəmisi ötən gün Liviya sahillərində üzən şişmə bir qayıq təsbit edib. Qayıqda olan 25 nəfər yardım gəmisi tərəfindən xilas edilib.
Təşkilat xilas edilənlərin ifadələrinə görə ən azı 60 nəfərin həyatını itirdiyini açıqlayıb.
"La Repubblica" qəzeti ölümlərin "aclıq, susuzluq və yanıq" səbəbiylə baş verdiyini bildirib.
Günel Məlikzadə