-
- 16-03-2024, 16:59
- 506
Ruhiyyə Əliyeva DOĞMA KƏNDİNDƏ - FOTOLAR
Bu gün "Liatris Holdinq"in rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyeva Tovuz rayonunun Əyyublu kəndində olub. O, kəndin ziyalıları, müəllimləri, yüksək bal toplayan məzunları, şagirdləri ilə görüşüb.
RTV xəbər verir ki, görüş zamanı Ruhiyyə Əliyeva çıxış edib. O, çıxışında Əyyublu kəndinin sakinlərinin daim ziyalıları ilə fərqləndiyini diqqətə çatdırıb:
"Bizim kəndimiz daim öz ziyalıları ilə fərqlənib. Bu gün müxtəlif dövlət orqanlarında, nazirliklərdə, təhsil müəssisələrində bizim kəndimizdə olan məktəblərin məzunları çalışır. Bizim kənd məktəblərinin yetişdirdiyi şagirdlərin bəziləri artıq elmlər namizədi, professor, yazıçı və şairdir. Biz bütün bu uğurlara görə burada iştirak edən müəllimlərə minnətdaram. Müəllim adı doğrudan da müqəddəsdir. Mənim yadıma gəlir ki, burad iştirak edən müəllimlərin bəzisi dövlətimizin ən ağır günlərində, kasıbçılıqda, bir parça çörəyin çətinliklə qazanıldığı dövrdə də öz bilik və bacarığını şagirdlərdən əsirgəmirdi. Bizim yetişməyimizdə bu müəllimlərin doğrudan da böyük əməyi olub. Bizim kəndimizin müəllimləri əsil fədakarlardır. Bu səbəbdən əziz müəllimlər biz sizinlə fəxr edirik. Burada həmçinin orta məktəblərdə yaxşı və əla qiymətlərlə oxuyan şagirdlər var. Əziz şagirdlər, sizin hər biriniz dərslərinizi yaxşı oxumaqla yanaşı həm də müəllimlərinizə hörmət göstərməlisiniz. Bir zaman gələcək ki, siz də müəyyən vəzifələrdə işləyəcəksiniz. Aranızdan tanınmış həkimlər, alimlər hüquqşünaslar çıxacaq. O zaman siz də müəllimlərinizi daim xatırlayın. Çalışın ki, onların hörmətini daim qoruyasınız. Bizim kəndimiz çox böyükdür. Burada 4 orta məktəb var. Bu məktəblərin hər biri dövlətimiz və millətimiz üçün insan kapitalı yetişdirir".
R.Əliyeva vurğulayıb ki, təhsilə və elmə verilən qiymət çox dəyərlidir:
"Əyyublu gəncləri hər bir sahədə uğur əldə etməyə borcludur. Ölkəmizin ən elitar ali məktəblərində sizlər oxumalısınız. Öz xalqımızın tarixini, dilini öyrənməklə yanaşı mütləq xarici dil biliklərinizi artırın. Çünki artıq dünya qloballaşır. Bizim mədəniyyətimizi, elmimizi, tariximizi illər sonra siz təbliğ edəcəksiniz. Çalışın vətənpərvər olun. Mən burda da elan edirəm ki, kəndimizdən olan hər bir savadlı tələbənin yanındayam. Ən yüksək balla universitetlərə daxil olan tələbələr bu gün burda iştirak edir. Təhsilləri ilə bağlı problemlərə görə mənim qapım hər birinin üzünə açıqdır. Yetər ki, dərslərini yaxşı oxusunlar. Əziz müəllimlər və tələbələr, mən sizin hər birinizə uğurlar arzulayıram. Allah xalqımızı, Tovuzumuzu və kəndimizi qorusun".