-
- 16-03-2024, 23:00
- 1 188
Bu qidalar xərçəng riskini 40 faiz artırır
Dünyada xərçəng xəstəliyi ilə bağlı çoxlu araşdırmalar aparılır. Qazi Universiteti Tibb Fakültəsinin alimi Prof. Dr. Uğur Coşqun kolorektal xərçəngindən danışıb. O, mart ayında kolorektal xərçəngi ilə bağlı maarifləndirmə üçün bir çox tədbirin təşkil edildiyini bildirib.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, alim Qərb üsulu qidalanma vərdişlərinin bağırsaq xərçəngi riskini artırdığını bildirib.
U.Coşkun qırmızı ət, sosiska kimi işlənmiş qidaların həddindən artıq istehlak edilməməsini tövsiyə edib.
O, “Cancer Epidemiology, Biomarkers, Prevention” jurnalında dərc olunan son araşdırmaya da aydınlıq gətirib.
ABŞ-da nəşr olunan bu araşdırmada çoxlu miqdarda qırmızı ət istehlak edənlərdə bağırsaq xərçəngi riskinin 30 faiz, salam və kolbasa kimi işlənmiş qidaları istehlak edənlərdə isə 40 faizdən çox olduğu qeyd edilib.