Qəhvə qaraciyər xərçəngi riskini AZALDIR – Mütəxəssislər açıqladı
    • 23-08-2020, 11:00
    • 1 108

Qəhvə qaraciyər xərçəngi riskini AZALDIR – Mütəxəssislər açıqladı

Mütəxəssislər hesab edir ki, gündə 2-3 stəkan qəhvə içmək qaraciyər xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır. 

News24.az xəbər verir ki, avstraliyalı tədqiqatçıların fikrincə, qaraciyər xərçəngindən ölən insanlar əvvəllər daha çox qəhvə istehlak edəcəkləri təqdirdə bu xəstəlikdən qurtula bilərdilər.

Araşdırmalara görə, gündə 2-3 stəkan qəhvə içmək xərçəngə tutulma riskini 38 faiz, xərçəngdən ölmək riskini isə 46 faiz azaldır. Gündə 4 və ya daha çox stəkan qəhvə üçün bu rəqəm müvafiq olaraq 41 və 71 faizə qədər yüksəlir.