Nazir ögey oğluna görə vəzifəsindən istefa verdi
    • 17-03-2024, 08:18
    • 182

Nazir ögey oğluna görə vəzifəsindən istefa verdi


Estoniyanın ədliyyə naziri Kalle Laanet korrupsiya qalmaqalına  görə istefa verib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Estoniya dövlət televiziya və radio yayımı portalı ERR məlumat yayıb.

Bu hadisəyə səbəb Laanet nazir vəzifəsində olarkən dövlətin puluna ögey oğlunun şirkətindən Tallinndə mənzil kirayələyib. Nazirlik dövründə dövlət onun 12.000 avrodan çox kirayə haqqını ödəyib.

Estoniyanın Korrupsiyaya Qarşı Mübarizə Qanununa əsasən, məmurlara onlarla əlaqəli şəxslərlə bağlı qərar qəbul etmək və ya hərəkət etmək qadağandır. Bu kontekstdə ögey oğlu (həyat yoldaşının oğlu) qohumları da nəzərdə tutulur.