Bu yolda yenilik olacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
    • 24-04-2019, 12:00
    • 1 825

Bu yolda yenilik olacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Beynəlxalq Hava Limanı yol qovşağından şəhər istiqamətinə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır. Bu barədə News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.